“Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq” – Zalujnı
Ukraynanın Böyük Britaniyadakı səfiri general Valeri Zalujnı ölkə Konstitusiyasında təsbit olunmuş NATO-ya üzvlük yolunu perspektivli hesab etmir.
Elchi.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat verib.
“Mən NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il ərzində şəxsən NATO standartlarının tətbiqi üzərində işləmişəm və hər il NATO-ya qoşulmağın bir addımlığında olduğumuz barədə nağıllar eşitmişəm. Təəssüf ki, biz heç vaxt ora üzv olmayacağıq!” – deyə Zalujnı vurğulayıb.
O hesab edir ki, Ukraynanın Alyansa qoşulması qarşısında duran maneə Ukrayna Silahlı Qüvvələrinin hazırkı inkişaf səviyyəsi ilə İkinci Dünya Müharibəsi dövrünün doktrinaları əsasında fəaliyyət göstərən bir təşkilata qoşulmağın qeyri-mümkün olması faktıdır.
Zalujnı həmçinin, Böyük Britaniya, ABŞ və digər ölkələrin üzvlüyünə baxmayaraq, NATO-nun potensialı barədə olduqca mənfi fikir bildirib. O qeyd edib: “Çox güman ki, NATO olduğu kimi qalacaq və Ukraynanın Rusiya Federasiyasının səviyyəsinin heç olmasa yarısına çatmaq üçün tələb olunan standartlara keçidi 12 il vaxt aparacaq”.
Yeganə