Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6125-ə çatıb
İyunun 24-də Venesuelada baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayının 6125-ə çatdığı bildirilir.
Elchi.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodriges sosial media hesabında verdiyi açıqlamada zəlzələdə həyatını itirənlərin sayının 579 nəfər artaraq 6125-ə, yaralıların sayının isə 16740-a çatdığını bildirib.
Bu arada, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges paytaxt Karakasda qatıldığı mənzil təhvil-təslim mərasimində açıqlamalar verib.
İlin sonuna qədər 4000 ailəyə 4000 ev təhvil verəcəklərini vurğulayan Rodriges deyib: “Dekabr ayına qədər təhvil verəcəyimiz bu 4000 evə əlavə olaraq, yeni evlərin tikintisinə başlamaq üçün torpaq tədqiqatlarımızı və ərazilərin təmizlənməsi işlərini davam etdiririk. Üstəlik, bu rəqəmə sıfırdan tikəcəyimiz yeni layihələr daxil deyil.”
Rodrigez qurbanları tək qoymayacaqlarını bildirərək dedi: “Məqsədimiz bu ikiqat zəlzələdən ciddi şəkildə təsirlənən vətəndaşlarımıza sülh və xoşbəxtlik gətirmək; onlara tək olmadıqlarını hiss etdirməkdir. Müvəqqəti çadır şəhərciklərində və düşərgələrdə qalan hər bir insanın, hər bir uşağın və hər bir yetkinin tək olmadığını bilməsini istəyirik.”
Venesuelada iki böyük zəlzələ baş verdi
ABŞ Geoloji Xidməti (USGS) 24 iyunda Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirdi. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) 26 iyun tarixli açıqlamasında zəlzələlərin vurduğu birbaşa maddi ziyanın dəyərini 6,7 milyard dollar olaraq hesabladı.
Şayəstə