Təyyarə evin damına çırpıldı: ölən var – Video

Reklam sahəsi

Almaniyanın Aşağı Saksoniya əyalətinin Qanderkese şəhərində kiçik təyyarə qəzaya uğrayıb.

Elchi.az xəbər verir ki, təyyarə qəzaya uğradıqdan sonra yaşayış evinin damına çırpılıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilib.

Qəza vaxtı sakinlər evdə olmadığından ölən şəxsin pilot olub-olmadığı araşdırılır.

Təyyarənin göyərtəsində başqa bir şəxsin olduğu ehtimal edilir.

Hadisə ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir