Dünya

Vyetnamda yeddi il kanalizasiyada yaşayan kişi evinə qaytarılıb

Vyetnamda yeddi il kanalizasiyada yaşayan kişi evinə qaytarılıb

Vyetnamın Dananq şəhərinin polisi təxminən yeddi il istifadəsiz kanalizasiya borularında yaşayan 31 yaşlı kişinin evinə qayıtmasına kömək edib. Onu evdən getməyə Yaponiyada təhsilini başa vura bilmədiyinə görə ailəsi qarşısında keçirdiyi utanc hissi vadar edib.

Elchi.az xəbər verir ki, bu barədə “Tuoi Tre” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yerli asayiş keşikçiləri tikinti meydançasındakı geniş kanalizasiya borularının arasında gizlənən kişini görüblər və yardım göstərmək məqsədilə polis bölməsinə aparıblar. Polislər onun şəxsiyyətini müəyyənləşdiriblər – həmin şəxsin ölkənin şimalındakı Ninbin əyalətinin sakini olduğu məlum olub. Hazırda gənc oğlan ailəsinə qovuşub.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində bəlli olub ki, o, 2017-ci ildə ailəsinə maddi dəstək olmaq üçün həm oxumaq, həm də işləmək planı ilə Yaponiyaya təhsil almağa gedib. Lakin hər şey planlaşdırdığı kimi getməyib. Qohumları onun təhsil haqqını ödəmək üçün borc götürdüklərinə və demək olar ki, bütün yığımlarını xərclədiklərinə görə gənc oğlan evə qayıtmaqdan qorxub. 2019-cu ildə o, yaxınları ilə bütün əlaqələrini kəsərək Hoşimin və Dananq küçələrində sərgərdan həyat sürməyə və boş ərazilərdəki suaxıdıcı borularda gecələməyə başlayıb.

                                                                                  Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir