Dünya

Hörmüz boğazında bir sutka ərzində dörd tanker minaya düşüb

Hörmüz boğazında bir sutka ərzində dörd tanker minaya düşüb

Noyabrın 24-də səhər tezdən Hörmüz boğazının şərq hissəsində İranın icazə vermədiyi marşrutla hərəkət edən tanker dəniz minasına düşərək partlayıb və bununla da bir sutka ərzində belə gəmilərin sayı dördə çatıb.

Elchi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər tezdən Hörmüz boğazında saxta və icazəsiz marşrutla hərəkət edən bir qayda pozan tanker dəniz minasına düşüb, gəmidə partlayış və güclü yanğın baş verib”, – deyə bəyanatda bildirilir.

Noyabrın 23-ü axşam saatlarında SEPAH HDQ ABŞ Silahlı Qüvvələrinin mühafizəsi altında boğazdan keçən üç tankerin minaya düşərək yandığını açıqlamışdı. SEPAH-ın məlumatına görə, çərşənbə axşamı baş verən partlayışdan sonra qaydanı pozan digər iki tanker Hörmüz boğazında gəmiçiliyə nəzarət mərkəzinin radio xəbərdarlığından sonra Fars körfəzinə geri qayıdıb.

                                                                                       Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir