Vertolyot pikapa ağır gəldi – Qonşu ölkədə inanılmaz qəza
Rusiyanın Krasnodar diyarında qeyri-adi vertolyot daşınması uğursuzluqla nəticələnib.
Mi-2 vertolyotu pikapın üzərinə yerləşdirilib. Avtomobil torpaq yolla hərəkət edərkən iri yükün tarazlığı pozulub, vertolyot yana əyilərək pikapı da özü ilə birlikdə aşırıb. Hadisə arxadan gələn avtomobildən lentə alınıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Pikapın və Mi-2-nin zədələndiyi bildirilir. Vertolyotun kimə məxsus olduğu, haradan hara və niyə məhz bu üsulla aparıldığı barədə hələ ki yerli qurumlardan açıqlama gəlməyib.
Mi-2 sovet dövründə hazırlanmış yüngül çoxməqsədli vertolyotdur. Modelin çəkisi təxminən 2,4 ton, maksimal qalxma çəkisi isə 3,5 tona yaxındır.