Tramp: “Mən sonuncu respublikaçı prezident ola bilərəm”
Amerika lideri Donald Tramp Demokratların ABŞ Konqresinə aralıq seçkilərində uğur qazanacağı təqdirdə sonuncu respublikaçı prezident ola biləcəyini düşünür.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ lideri “Punchbowl News” portalına müsahibəsində bildirib.
“Əgər onlar (demokratlar) qalib gələ bilsələr, o zaman mən, bəlkə də, sonuncu respublikaçı prezident olacağam”, — deyə o, vurğulayıb.
Bununla belə, Tramp respublikaçıların qələbə qazanacağına əminliyini ifadə edib, lakin bunun üçün Senatın “ağıllanmalı” olduğunu vurğulayıb.
ABŞ-də aralıq seçkilər 3 noyabr tarixində keçiriləcək. Seçkilərdə Senatın üçdə bir hissəsi və Nümayəndələr Palatasının tam heyəti yenidən seçiləcək. Hazırda Amerika qanunverici orqanının hər iki palatası respublikaçıların nəzarəti altındadır.
Məryəm