İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub
İsrail Silahlı Qüvvələrinin hərbçiləri Suriya ilə sərhədi keçərək ərəb respublikasının cənubunda yerləşən Dəra əyalətinin ərazisinə daxil olublar.
Elchi.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat verib.
Məlumata görə, insident Dəranın qərb hissəsində baş verib. Telekanal iddia edir ki, İsrail hərbçiləri iki yaşayış məntəqəsinə atəş açdıqdan sonra öz mövqələrinə qayıdıblar. Yerli sakinlər arasında xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Məryəm