Tehrandan Trampa sərt cavab: “Hörmüz boğazı nə tvitlə, nə də təyyarə gəmisi ilə tutula bilər”

İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanata kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, Trampın İrana qarşı əməliyyatlar başa çatdıqdan sonra strateji Hürmüz boğazının ABŞ ərazisi elan ediləcəyi barədə fikirlərini cavablandıran iranlı diplomat Vaşinqtonun xəyallar aləmində yaşadığını bildirib.

Qəribabadi “X” sosial şəbəkə hesabında yazdığı məqalədə vurğulayıb: “Hörmüz boğazını nə bir tvitlə, nə təyyarə gəmisi ilə, nə əmr verməklə, nə də seçkiqabağı çıxışla ələ keçirmək mümkün deyil. İran nə hədələrdən qorxur, nə də güç nümayişindən çəkinir. Hürmüz boğazı İranın olub, İrandır və İranın olaraq qalacaq”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir