Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Reklam sahəsi

Bakının Nizami rayonunda taksi sürücüsünün avtomobilindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki,polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir