Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir