Seutaya daxil olan miqrantların sayı 80 minə çatıb
İyulun sonunda qeyri-qanuni miqrantların muxtar şəhərə kütləvi axını zamanı təxminən 80 min miqrant Seutaya daxil olub.
Elchi.az xəbər verir ki, bu barədə “EFE” agentliyi Ərazi Siyasəti və Demokratik Yaddaş naziri Anxel Viktor Torresə istinadən məlumat verib.
Mərakeşdən Seutaya daxil olan miqrantların sayı barədə krallıq hakimiyyəti daha əvvəl 72 min nəfər açıqlamışdı ki, onların da təxminən 70 mini Mərakeşə qayıtmışdı.
Məryəm