Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik
Rusiya Müdafiə Nazirliyi Ukraynanın 7 bölgəsinə, əsasən Kiyev və Lvova hücumlar təşkil etdiyini açıqladı.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri gecə ərzində qurudan, havadan və dənizdən atılan uzun mənzilli, yüksək dəqiqlikli silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Ukraynaya intensiv hücumlar həyata keçirib. Hücumlar Kiyev və Lvovdakı hərbi aerodromları, müdafiə sənayesi müəssisələrini, hərbi telekommunikasiya və logistika mərkəzlərini, eləcə də İvano-Frankivsk, Jitomir, Rovno, Vinnitsa və Dnepropetrovsk bölgələrini hədəf alıb. Həmçinin bildirilib ki, Yujnıy Limanında bir yük gəmisi və Odessanın şərqində və cənubunda silah və hərbi texnika daşıyan iki yük gəmisi də zərbələrə məruz qalıb.
Şayəstə