ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir
ABŞ-da yerləşən Axios xəbər saytı ABŞ-ın İrana qarşı yeni hücumlar həyata keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, Axios hökumət mənbələrinə istinadən ABŞ-ın İrana qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb. Hücumların hədəfi və ya əhatə dairəsi barədə ətraflı məlumat verilməyib.
İranda partlayış səsləri
İran mətbuatı: ABŞ yeni hücumlar həyata keçirdiyini elan etdikdən sonra ölkənin müxtəlif yerlərində partlayış səsləri eşidilib.
Tramp hücumlar barədə siqnal vermişdi
ABŞ prezidenti Donald Tramp İranın İordaniyadakı ABŞ bazasına hücumuna toxunaraq bildirib: “Biz İrana çox güclü zərbə endirəcəyik, çünki növbə bizimdir. Dünən gecə bizə 5 raket atmağa çalışdılar, biz hamısını ələ keçirdik.”
Şayəstə