İordaniya Ordusu: İrandan atılan 5 raketi vurduq

Reklam sahəsi

İordaniya ordusu İrandan atılan 5 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqladı.
Elchi.az xəbər verir ki, İordaniyanın rəsmi xəbər agentliyi PETRA-nın məlumatına görə, İordaniya ordusu hava hücumundan müdafiə sistemlərinin səhər saatlarında ölkə ərazisini hədəf alan 5 İran mənşəli raketi aşkarladığını və vurduğunu bildirdi.
Hesabatda hücum nəticəsində heç bir itki və ya ziyanın olmadığı qeyd edildi.
Bildirilib ki, İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanını, xalqını və təhlükəsizliyini qorumağa davam edir və hər cür təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətindədir.
ABŞ İrana hücumlarını davam etdirərkən, İran qisas olaraq regiondakı ölkələrdəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirir.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir