Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

Reklam sahəsi

ABŞ-ın dövlət katibi Marko Rubio jurnalistin Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Miliband ilə Ukrayna məsələsini müzakirə edib-etməyəcəyi barədə sualına zarafatla cavab verib.

Elchi.az xəbər verir ki bu dialoq barədə “C-SPAN” məlumat yayıb.

“Necə sualdır bu – ‘Ukrayna barədə danışacağıqmı? Əlbəttə ki, danışacağıq. Düşünürəm ki, biz həm də qalaktikalararası məsələlər və digər müxtəlif mövzular barədə də söhbət edəcəyik”, – deyə ABŞ diplomatiyasının rəhbəri zarafatla bildirib.

Dövlət Departamenti daha əvvəl Rubio və Miliband arasında keçirilən görüşdən sonra bəyanat yaymışdı. Bəyanatda qeyd olunurdu ki, tərəflər Avropanın öz təhlükəsizliyinin təmin edilməsindəki rolunun gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

Avqustun 1-də Rubio bildirib ki, ABŞ yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı Rusiya və Ukrayna arasında danışıqları bərpa etməyə çalışmaq niyyətindədir.

Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir