Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”
“Əgər sosialist ideologiyasına rəğbət bəsləyən demokratlar ABŞ Konqresinə seçilərlərsə, ilin sonuna qədər Birləşmiş Ştatlar əsl cəhənnəmə çevrilə bilər”.
Elchi.az xəbər verir ki bu fikirləri ABŞ lideri Donald Tramp Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
ABŞ Prezidenti kommunistləri təhlükəli və dəli adlandırıb, seçiciləri isə onların hakimiyyətə gəlməsinə yol verməməyə çağırıb.
“İlin sonuna qədər ölüm, səfalət və cəhənnəm həyatından başqa heç nə qalmayacaq. Çirkab, cinayətkarlıq, dağıntı və rüsvayçılıq,”– deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, sosialist ideyaları əks etdirən vədlər verən seçkili vəzifələrə namizəd demokratlar Birləşmiş Ştatlar üçün ən böyük təhlükəni təşkil edirlər.
Tramp qeyd etdi ki, pulsuz mənzil və kirayə vədləri adətən özəl mülkiyyətin dövlət tərəfindən ələ keçirilməsi ilə nəticələnir.
Tramp həmçinin qarşıdan gələn noyabr seçkilərində Senata namizədliyini irəli sürən və Miçiqanda Demokratlar Partiyasının namizədliyini qazanan Əbdül Əl-Sayed haqqında sərt fikirlər səsləndirdi. ABŞ Prezidenti bəyan etdi ki, həmin siyasətçi təkcə kommunist deyil, həm də İsrailə nifrət edir.
Yeganə