Pentaqon təcili iclas keçirəcək

Reklam sahəsi

ABŞ Prezidenti Donald Trampın təchizat məsələlərinə cavabdeh olan rəsmi şəxs Stiven Faynberqə şəxsən zəng etməsindən sonra Pentaqon sursat çatışmazlığı ilə bağlı təcili iclas keçirəcək.

Elchi.az xəbər verir ki, “NBC News” kanalı bu barədə mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Müdafiə Departamentinin ikinci ən yüksək vəzifəli şəxsi Prezident Trampdan gələn sərt zəngdən sonra ABŞ-ın sursat çatışmazlığını sürətlə aradan qaldırmaq yollarını müzakirə etmək məqsədilə cümə günü axşam saatlarında yüksək rütbəli hərbçiləri və müdafiə təchizatı üzrə məsul şəxsləri təcili iclasa çağırıb

“The Washington Post” daha əvvəl xəbər vermişdi ki, Tramp Pentaqon rəhbəri Pit Heqsetə İran əleyhinə ABŞ hərbi əməliyyatlarını məhdudlaşdırmaq təhlükəsi yaradan sursat çatışmazlığı barədə məlumatlarla bağlı narazılığını bildirib.

Avqustun 4-də CNN məlumat yayıb ki, İranla qarşıdurma zamanı ABŞ ballistik raketləri yüksək hündürlükdə və atmosferdən kənarda ələ keçirmək üçün nəzərdə tutulmuş THAAD raketdən müdafiə sisteminin ələkeçirici raketlərinin təxminən 80 faizini sərf edib. Heqset bu məlumatları tənqid edərək onları yalan adlandırıb.

Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir