Maskın atası tanışlarına Rusiyaya köçməyi tövsiyə etdi

Reklam sahəsi

Sahibkar və milyarder biznesmen İlon Maskın atası Errol Mask tanışlarına niyə Rusiyaya köçməyi tövsiyə etdiyini açıqlayıb.

Elchi.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.

“Cənubi Afrikadakı insanlara belə məsləhət görmüşəm: əgər Cənubi Afrikanı tərk etməyi planlaşdırırsınızsa, Rusiyaya köçməyi düşünün”, – deyə o qeyd edib.

Böyük Maskın vurğuladığı kimi, Rusiya hər hansı sağlam düşüncəli insanın yaşamaqdan məmnun qalacağı bir məkandır.

Errol Mask daha əvvəl Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsasən nəzərdə tutulan məqsədlərə nail ola bilmədiyi fikrini ifadə etmişdi. Onun sözlərinə görə, hətta “Visa” və “Mastercard” kimi beynəlxalq ödəniş sistemlərinin fəaliyyətinin dayandırılması da ruslar üçün ciddi problem yaratmadı, çünki ölkənin özünün uğurla fəaliyyət göstərən ödəniş sistemləri mövcuddur.

Bundan əvvəl Errol Rusiya vətəndaşlarına heyranlığını bildirərək, onların mehriban və qonaqpərvər olduqlarını qeyd etmişdi. O, rusların heç bir kin-küdurət bəsləmədiyini və çox maraqlanan, öyrənməyə həvəsli insanlar olduqlarını vurğulamışdı.

                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir