Dünya

Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

Lukaşenko “Belarus Qadını İli ilə əlaqədar amnistiya haqqında” adlı qanun layihəsi irəli sürüb.
Elchi.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Assambleyanın Nümayəndələr Palatasına “Belarus Qadını İli ilə əlaqədar amnistiya haqqında” qanun layihəsi təqdim edib. Bu barədə “Pul Pervogo” (“Birincinin qrupu”) Telegram kanalı məlumat yayıb.
Amnistiya, ilk növbədə, yetkinlik yaşına çatmayan zaman cinayət törətmiş qadınlara, həmçinin çoxuşaqlı analara, hamilə qadınlara, təqaüdçülərə, əlilliyi olan qadınlara və ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərə şamil olunacaq.
Qanun layihəsi humanizm prinsiplərini, qadınlara və analıq hisslərinə hörməti nümayiş etdirmək məqsədi daşıyır.
Açıqlamada qeyd olunur ki, amnistiya həmçinin yetkinlik yaşına çatmayan zaman cinayət törətmiş kişilərə də şamil ediləcək.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir