Livan Prezidenti Trampdan kömək istədi
Livan Prezidenti Cozef Aun ABŞ-ninn müstəqilliyinin 250-ci ildönümü münasibətilə amerikalı həmkarı Prezident Donald Trampa ünvanladığı təbrik mesajında ondan münaqişənin bitməsi üçün ölkəsini dəstəkləməyə davam etməsini xahiş edib.
Elchi.az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyası məlumat yayıb.
“Sizdən xahiş edirik, Livanın ədalətli və qanuni tələblərini, dövlət institutlarını, ordusunu və xalqını bundan sonra da qətiyyətlə dəstəkləyin. Yalnız bundan sonra müharibələr, faciələr və əzablar səhifəsini bağlaya, ümid, sülh və sabitliklə dolu yeni dövrə başlaya bilərik”, – Aun vurğulayıb.