İsrail ordusu Qəzzada HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirib

Reklam sahəsi

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın yeraltı kompleksi daxilində üç hədəfə hücum edib.

Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, son həftələrdə İMQ HƏMAS hərəkatının öz infrastrukturunu bərpa etməyə çalışdığını müəyyən edib.

“Zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin minimuma endirilməsi üçün addımlar atılıb”, – qurumdan bildirilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir