İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir
İran Hörmüz boğazının idarə olunması üzrə Omanla razılaşma əldə etmək niyyətindədir.
Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
“Hörmüz boğazı məsələsi İran üçün mühüm və əsasdır”, – o bildirib.
K. Qəribabadinin fikrincə, Hörmüz boğazının idarə olunması sahil ölkələrinin üzərinə düşür:
“İran və Oman Hörmüz boğazında göstərilən xidmətlərə görə ödənişlərin alınması məsələsində həmfikirdir.
Fransa da daxil olmaqla, heç bir ölkənin Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə müdaxilə etməsinə icazə verilməyəcək”.
Xatırladaq ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi Hörmüz boğazı ilə bağlı İranla həmrəylik ifadə edib.
Fransa Prezidenti Emmanuel Makron isə Oman Sultanı Heytəm bin Tariq Al Səidlə danışıqlardan sonra bildirib ki, Paris Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına qoşulmağı qərara alıb.