İranın Ali Lideri Xameneinin Baş Məsləhətçisi: Hörmüz Boğazı İrana məxsusdur

Reklam sahəsi

İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, “Hörmüz boğazı İrana məxsusdur və heç bir dünya gücü onu İranın suverenliyindən ala bilməz”.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xameneinin baş müşaviri Vilayəti ABŞ-ın hədəf aldığı Hörmüz boğazının İrana məxsus olduğunu bildirib.
Vilayəti açıqlamasında deyib: “Hörmüz boğazı İrana məxsusdur və dünyada heç bir güc Hörmüz boğazını İranın suverenliyindən ala bilməz. Bu boğaz, 40 günlük müharibənin dəyərli bir qazancı olaraq, Ali Lideri Ayətullah Seyid Müctəba Xameneinin cəsarətli və müdrik əmri ilə İranın suverenliyi altına alınıb”.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir