Bessent də seçiciləri Avropa ilə qorxutdu
ABŞ Maliyyə naziri Skott Bessent seçiciləri Demokrat Partiyasının ara seçkilərdəki ehtimal olunan qələbəsinin nəticələri ilə qorxudub.
Xeberleraz.com Kainat.tv-ə istinadən xəbər verir ki o, bu barədə Cənubi Karolinada keçirilən mitinqdə danışıb: “Onlar Prezident Baydenin dövründə etdiyi kimi, Prezident Trampın dövründə qazandığımız bütün nailiyyətləri məhv edəcəklər”.
Naazir iddia edib ki, demokratlar cənub sərhədini dağıdacaq, polisin maliyyələşdirilməsini dayandıracaq, orta təbəqəni soyacaq və xarici işçilərə amerikalıların hesabına vəziyyətlərini yaxşılaşdırmağa imkan verəcəklər: “Amerikanın demokratik vizyonunu anlamaq istəyirsinizsə, hazırda Avropada baş verənlərə baxın”.
Qeyd edək ki, bundan əvvəl prezident Donald Tramp və vitse-prezidenti J.D.Vens demokratlara səs vermək istəyən seçiciləri Fransada baş verən iğtişaşlarla qorxutmuşdular.