ABŞ İrana qarşı son hücum dalğasını başa vurub
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) saat 23:00-da (ABŞ Şərqi Vaxtı ilə saat 15:00) İrana qarşı başlayan hücum dalğasının başa çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, CENTCOM-dan verilən yazılı açıqlamada deyilir: “CENTCOM İrana qarşı hücum dalğasını ABŞ Şərqi Vaxtı ilə saat 21:00-da (Türkiyə Vaxtı ilə saat 04:00) başa vurub”.
Bildirilib ki, İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə yaratdığı təhdidləri azaltmaq üçün İran komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sahələri, raketlər, PUA imkanları və sahil patrul obyektləri hədəfə alınıb.
Bəyanatda Bəndər Abbas da daxil olmaqla bir çox yerdə hədəfləri vurmaq üçün dəqiq silahlardan istifadə edildiyi və Böyük Tunb adasındakı sahil mühafizəsi və gəmi raket obyektlərinin hədəfə alındığı bildirilib.
CENTCOM dünən İrana qarşı yeni hücum dalğasının saat 23:00-da (ABŞ Şərqi Vaxtı ilə saat 15:00) başladığını açıqlayıb.
Şayəstə