İran İordaniyaya 12 ballistik raketlə hücum həyata keçirib
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İrana son hücumlarına cavab olaraq İordaniyadakı Əl-Əzraq Hava Bazasına və ABŞ komandanlıq mərkəzinə 12 ballistik raketlə hücum etdiyini açıqladı.
Elchi.az xəbər verir ki, İran ABŞ-ın son hücumlarına qarşı daha bir cavab hücumu həyata keçirdi. İİKK-nın bəyanatında bildirilir ki, ABŞ hücumlarını cəzalandırmaq məqsədi daşıyan əməliyyatın bir hissəsi olaraq, İordaniyadakı Əl-Əzraq Hava Bazasına və ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket atılıb. İddia edilirdi ki, çoxsaylı obyektlər və təyyarələr məhv edilib. ABŞ Dövlət Departamenti İordaniyada yaşayan vətəndaşlarını raket və pilotsuz təyyarə hücumları ilə bağlı xəbərdar edərək bildirib: “Dərhal qorunan və təhlükəsiz ərazilərdə sığınacaq axtarın. İçəridə qalın və yerli xəbərdarlıqlara diqqətlə əməl edin”.
İran ABŞ hücumlarına qarşı cavab tədbiri gördü
ABŞ ordusunun İranın hərbi müşahidə, rabitə və hava hücumundan müdafiə infrastrukturunu hədəf alan son hücumları Tehran administrasiyasının qisas tədbirlərinə səbəb oldu. İİKK, Küveytdəki Əli Salem və Əhməd əl-Cəbər hava bazalarında, eləcə də Bəhreyndəki Şeyx İsa hava bazasında ABŞ ordusuna məxsus 18 hədəfə hücum etdiyini açıqladı. Həmçinin, İran ordusunun Bəhreyndəki ABŞ-ın 5-ci Donanmasına məxsus Patriot hava hücumundan müdafiə sistemlərinin radar qurğularını pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığı bildirilib.
Şayəstə