İran Hörmüz boğazını bütün gəmi trafiki üçün bağlayır

Reklam sahəsi

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəmül-Ənbiya Qərargahı, ABŞ-ın boğazı əhatə edən ərazilərə hücumlarından sonra Hörmüz boğazının bağlandığını elan etdi.
Elchi.az xəbər verir ki, Xatəmül-Ənbiya Qərargahı Hörmüz boğazı ilə bağlı açıqlama verdi.
Bəyanatda deyilirdi: “Bölgədəki təhlükəsizliksizlik səbəbindən Hörmüz boğazı bundan sonra neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla bütün növ gəmilər üçün bağlıdır və keçid cəhdlərinin qarşısı alınacaq”. Bu xəbərdarlıqdan sonra İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqladı.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ prezidenti Donald Trampın əmri ilə İrandakı çoxsaylı hədəflərə qarşı “özünümüdafiə” hücumlarına başladığını və İranın cənubundakı ərazilərin ABŞ hücumlarına məruz qaldığını açıqladı.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir