İran ABŞ-yə 13 MİLYARD DOLLAR ziyan vurdu
İranın cavab zərbələri nəticəsində Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi obyektlərinə və texnikasına dəymiş ümumi zərər 13 milyard dolları keçib.
Xeberleraz.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə öz hesablamalarına istinadən “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri İslam Respublikası raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Yaxın Şərqdəki obyektlərə 2 mindən çox zərbə endirib. Dəymiş ziyan 8 ölkənin ərazisində ABŞ ilə əlaqəli ən azı 20 hərbi obyekti əhatə edir.
Xəbərdə həmçinin bildirilir ki, İran Silahlı Qüvvələri ABŞ-yə məxsus 42-yə yaxın uçuş aparatını zədələyib və ya sıradan çıxarıb. Bunların böyük əksəriyyəti iri kəşfiyyat və hücum dronları olsa da, vurulanlar arasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr də var.