İrəvanda kritik təyinat: Alen Simonyan Təhlükəsizlik Şurasının katibi oldu
Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib.