Fransada prezident seçkilərinin tarixi müəyyənləşib
“Fransada növbəti prezident seçkiləri iki turda – aprelin 18-də və lazım gələrsə, 2027-ci il mayın 2-də keçiriləcək”.
Elchi.az xəbər verir ki, bu barədə energetika naziri-nümayəndəsi və hökumət sözçüsü Maud Bregeon məlumat verib.
Seçkilərin tarixləri iyulun 1-də səhər saatlarında keçirilən Nazirlər Şurasının iclasında razılaşdırılıb.
“Bütün siyasi partiyalarla məsləhətləşmələrdən sonra qərara alınıb ki, onlar 18 aprel 2027-ci il bazar günü, həmçinin 2 may 2027-ci il bazar günü keçiriləcək”,-deyə Bregeon brifinqdə bildirib.
Fransanın hazırkı prezidenti Emmanuel Makronun səlahiyyət müddəti rəsmən 2027-ci il mayın 14-də gecə yarısı başa çatacaq.
Bundan əvvəl Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot bəyan etmişdi ki, Makron və Avropa İttifaqı Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərini saxtalaşdırmağı planlaşdırır.
Yeganə