“Papanın miqrasiya məsələlərinə münasibəti ABŞ-ı narahat edir” – Vens

Reklam sahəsi

“Papa XIV Leo-nun miqrasiya məsələlərində, xüsusən də Amerika ilə bağlı mövqeyi narahatlıq doğurur”.

Elchi.az xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti J.D.Vens söyləyib.

“Hesab edirəm ki, Vatikanın miqrasiya ilə bağlı bəzi bəyanatları narahatlıq doğurur. Nəhayət, mən onlarla razı deyiləm”, – deyə Vens “Fox News”-a müsahibəsində deyib.

“Praktiki katolik olan Vens əlavə etdi ki, kilsə rəhbərləri ilə qarşılıqlı əlaqədə onları ABŞ-ın miqrasiya siyasətinin üstünlüklərinə inandırmağa çalışır. Mən onlara deyirəm ki, biz bu məsələdə düşmən deyilik. Mən onları dialoqa çağırıram, lakin kütləvi miqrasiyanın mənfi nəticələri olduğunu xatırladıram”, – ABŞ-ın yeni seçilmiş vitse-prezidenti qeyd edib.

Xatırladaq ki, Papa XIV Leo əvvəllər ABŞ prezidenti Donald Trampın elan etdiyi anti-immiqrasiya kampaniyasını dəfələrlə tənqid etmişdi. Papa həmçinin Vaşinqtonu miqrantlara münasibətini yenidən nəzərdən keçirməyə çağırıb və antimiqrant kampaniyasının həyata keçirilməsində həddindən artıq sərtliyə işarə edib.

                                                                                                                                                                                                                           Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir