FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib

Reklam sahəsi

Ötən sutka ərzində Bakıda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında 1 nəfər xilas edilib.

Bu barədə Elchi.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir