FHN: Ötən sutka 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
FHN-dən Elchi.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.