Ermənistanın Müdafiə Nazirliyində ard-arda yüksək vəzifəli şəxslərin postlarından uzaqlaşdırılması diqqət çəkir. Musavat.com xəbər verir ki, 24News-un məlumatına görə, müdafiə naziri Suren Papikyan üç müşavirini – Melikset Poqosyan, Razmik Petrosyan və Qarabağdakı keçmiş separatçı silahlı birləşmələrin sonuncu komandanı Kamo Vardanyanı vəzifədən azad edib. Ermənistan Müdafiə Nazirliyi Melikset Poqosyan və Razmik Petrosyanın vəzifələrindən azad edilməsini təsdiqləyib. Kamo Vardanyanla bağlı isə rəsmi açıqlamada məlumat verilməyib. Poqosyan əvvəllər Zəngəzur vilayətinin qubernatoru olub. Razmik Petrosyan isə Araqatsotn vilayətinin keçmiş qubernatorudur. O, 2022-ci ildə Suren Papikyanın hərbi məsələlər üzrə müşaviri təyin edilmişdi. Kamo Vardanyan isə Qarabağdakı keçmiş separatçı silahlı birləşmələrin sonuncu komandanı olub. 2022-ci ildə ona general-leytenant rütbəsi verilmişdi. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi Aşot Zakaryan da postunu itirib. Onun yerinə Ermənistan daxili işlər nazirinin keçmiş müavini Aram Ovannisyan təyin edilib. 24News avqustun 17-də Ovannisyanın yeni vəzifəyə gətirildiyini bildirib.

Eyni və ya oxşar məhsulların müxtəlif marketlərdə fərqli qiymətlərə satılması istehlakçılar arasında tez-tez narazılıq yaradır. Bəzən eyni məhsulun qiymətində bir neçə manatlıq, hətta daha böyük fərq müşahidə olunur.

Bu isə qiymət fərqinin süni şəkildə yaradılıb-yaradılmadığı, istehlakçı hüquqlarının pozulub-pozulmadığı və bazarda rəqabətin vəziyyəti ilə bağlı suallar doğurur.

Bəs marketlərin eyni məhsula fərqli qiymət müəyyənləşdirməsinin əsas səbəbləri nələrdir? Bu, istehlakçının aldadılması və ya süni qiymət artımı hesab oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda azad bazar iqtisadiyyatı şəraitində qiymətlər, bir sıra istisnalar nəzərə alınmaqla, sərbəstdir.

“İstənilən malı istənilən qiymətə sata bilərlər və bunu heç kim qadağan edə bilməz. Əsas məsələ odur ki, kassa çeki verilməli və çekdə məhsulun faktiki satış qiyməti göstərilməlidir. Həmin məbləğ istehlakçı tərəfindən ödənilməlidir. Eyni məhsulun müxtəlif satış nöqtələrində fərqli qiymətlərə təklif olunması özlüyündə istehlakçı hüquqlarının pozulması demək deyil.

Xüsusilə Bakıətrafı ərazilərdən mənə tez-tez şikayətlər daxil olur ki, zavod çörəyi bir yerdə başqa, digər yerdə isə fərqli qiymətə satılır. Bu, əsasən bazar qiymətlərinin tələblərindən irəli gəlir. Məsələn, bəzi mağazaların obyektləri öz mülkiyyətindədir və icarə haqqı ödəmirlər və ya xərcləri daha azdır. Belə olan halda həmin mağaza məhsulu daha aşağı qiymətə sata bilər. Bu, istehlakçı hüquqlarının pozulması hesab olunmur. Qanunvericilik buna imkan verir”, – deyə Eyyub Hüseynov qeyd edib.

Onun sözlərinə görə, qiymətlərin dövlət tərəfindən tənzimləndiyi əsas sahələrdən biri dərman preparatlarıdır. Burada isə vəziyyət fərqlidir:

“Böyük bir qrup – təxminən 3 minə yaxın dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənir. Həmin dərmanları müəyyən edilmiş qiymətdən yuxarı satmaq olmaz. Lakin daha aşağı qiymətə satmaq mümkündür”.

Eyyub Hüseynov istehlakçılara alış zamanı kassa çekinə diqqət etməyi də tövsiyə edib. Onun sözlərinə görə, məhsulun üzərində və ya vitrinində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq yaranarsa, istehlakçı bunu nəzarətdə saxlamalıdır.

Ekspert hesab edir ki, müxtəlif marketlərdə qiymət fərqinin olması avtomatik olaraq süni bahalaşma və ya rəqabətin pozulması kimi qiymətləndirilə bilməz. Bunun üçün bazarda razılaşdırılmış qiymət siyasətinin, istehlakçının aldadılması hallarının və digər qanun pozuntularının olub-olmaması ayrıca araşdırılmalıdır.

Bu baxımdan, istehlakçı üçün əsas məsələ yalnız məhsulun hansı qiymətə satılması deyil, həmin qiymətin kassada düzgün əks etdirilməsi və rəsmi kassa çekinin təqdim olunmasıdır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir