“Əlimizi uzadıb pay istəməyəcəyik”- Rusiya Prezidentindən suverenlik və qürur MESAJI

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq müstəvidəki mövqeyi və iqtisadi suverenliyi barədə diqqətçəkən bəyanatla çıxış edib.

Rusiya lideri ölkəsinin xarici yardım və ya güzəştlər xahiş etmək niyyətində olmadığını vurğulayıb.

Vladimir Putin açıqlamasında Rusiyanın öz resurslarına və daxili potensialına güvənməli olduğunu qeyd edərək deyib: “Rusiya bütün dünyanı gəzib əlini uzadaraq alçaldıcı şəkildə pay dilənə bilməz və bunu etməyəcək”.

Rusiya dövlət başçısının bu sözləri Qərbin tətbiq etdiyi hərtərəfli sanksiyalar fonunda Moskvanın özünütəminat modelini, daxili istehsalı və müstəqil xarici siyasət kursunu davam etdirəcəyinə dair qətiyyətini nümayiş etdirir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir