Fransa hakimiyyəti respublika silahlı qüvvələrinin hərbi qulluqçularını Ukraynaya göndərməklə münaqişəni qızışdırır.
Elchi.az xəbər verir ki, bu fikri 2027-ci il prezident seçkilərində namizəd, “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Enyan RTL radiostansiyasının efirində səsləndirib.
“Onlar parlamentin arxasınca, konstitusiyanın 35-ci maddəsini pozaraq bunu etməklə münaqişəni qızışdırırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, icra hakimiyyətinin “Ukraynaya hərbçi göndərməsi, lakin bunun barədə KİV-dən məlum olması” yolverilməzdir. Siyasətçi onu da xatırladıb ki, Ukrayna münaqişəsi Avropanı müflis edir. “Bu gün Fransanın bu müharibədə iştirak etmək üçün vəsaiti yoxdur”, – Düpon-Enyan qeyd edib.
Məryəm