Cənubi Koreya müdafiə zavodunda partlayış: 5 ölü, 2 yaralı

Reklam sahəsi

Cənubi Koreyadakı müdafiə zavodunda partlayış baş verib. Partlayış nəticəsində beş nəfər ölüb, iki nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, partlayış yerli vaxtla saat 10:59-da Daejeondakı Hanwha Aerospace fabrikində baş verib.
Partlayışdan sonra yanğın baş verən əraziyə yanğınsöndürənlər göndərilib.
Səlahiyyətlilər hadisə yerində beş nəfərin öldüyünü, biri ağır olmaqla iki nəfərin yaralandığını bildiriblər.
Partlayışın işçilər partlayıcı materiallarla bağlı təmizlik işləri apararkən baş verdiyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Cənubi Koreya Prezidenti Li Ce Myunq xilasetmə işləri üçün bütün mövcud resursların səfərbər edilməsini əmr edib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir