Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən Elchi.az–a verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.
“Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.