Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

Reklam sahəsi

Bu gün səhər saatlarında Odessa limanı yaxınlığında “Albatros Corporation” məxsus “ATA -2” (IMO 9387669) quru yük gəmisi 3 dron hücumuna məruz qalıb.

Elchi.az xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə yayıb.

O bildirib ki, gəmiyə ciddi ziyan dəyib və Rumıniya sahillərinə doğru irəliləyir.

Onun sözlərinə görə, gəminin 13 nəfərlik heyət üzvündən 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir