Hadisə

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.

Elci.az -ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir