İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

Reklam sahəsi

“Ermənistan “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi məsələsində açıq və şəffaf mövqeyə sadiqdir və yarana biləcək bütün narahatlıqlarla bağlı İranın suallarını cavablandırmağa hazırdır”.

Elchi.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir İranın “Tramp marşrutu” ilə bağlı narahatlıqlarına dair sualı cavablandırarkən vurğulayıb ki, bu, çox böyük iqtisadi və infrastruktur layihəsidir və Ermənistan, İran, eləcə də bütövlükdə region üçün faydalı olacaq:

“Layihənin həyata keçirilməsi Bəsrə körfəzindən Qara dənizə qədər Azərbaycan, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçən dəmir yolunun açılmasına imkan verəcək”.

Nikol Paşinyan əlavə edib ki, hazırda onun İrana rəsmi səfərinin tarixi hələ müəyyənləşdirilməyib:

“Müvafiq razılaşmalar artıq əldə olunub, amma konkret tarixlər hələ müəyyən edilməyib”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir