Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Reklam sahəsi

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi nümayəndələrinin iştirakı ilə illik iclas keçirilib.

Bu barədəElchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.
İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.
Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.
Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.
Yekunda iştirakçılar Zəfər parkını ziyarət edib, xatirə şəkli çəkdiriblər.

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilibAzərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilibAzərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilibAzərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Next Post


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir