ABŞ generalı: Ukrayna ehtiyatlı olmalıdır, Rusiya nüvə silahından istifadə edə bilər
ABŞ-nin Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı general Ben Hodces Rusiyanın Ukraynada nüvə silahından istifadə ehtimalının olmadığını bildirib.
Elchi.az xəbər verir ki, general Rusiyanın bu silahdan istifadə şərtlərinə də diqqət çəkib.
Hodces qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə qabiliyyəti var və Ukrayna bu məsələyə ciddi yanaşmalıdır.
“Rusiyaya birbaşa və ya mövcudluq təhlükəsi olmadığı təqdirdə, Moskvanın bu silahlardan Ukraynaya və ya başqa yerə qarşı istifadə etməsi ehtimalı yoxdur”, – ABŞ generalı vurğulayıb.