Estoniya Rusiya sərhədində hərbi baza tikəcək

Reklam sahəsi

Estoniyanın müdafiə naziri Hanno Pevkur Rusiya ilə həmsərhəd Narvada hərbi baza tikmək planlarını açıqlayıb.

Elchi.az xəbər verir ki, onun sözlərini nazirliyin mətbuat xidməti sitat gətirib.

Pevkur dəqiqləşdirib ki, bazanın tikintisinə bu ay başlanacaq.

Narva şəhərinin rəhbərləri ilə görüş zamanı Narva şəhərinin hakimiyyətinin iyun ayında Müdafiə Qüvvələri bazasının tikintisinə dəstək verəcəyi barədə razılıq əldə olunub.

Nazir əlavə edib ki, hərbi şəhərcik milli müdafiəni gücləndirəcək və sərhəd şəhərdə dövlətin mövcudluğunu artıracaq.

Mayın sonunda Estoniya Daxili İşlər Nazirliyinin rəsmiləri ölkənin Latviya və Rusiya arasındakı cənub-şərq sərhədində stasionar anti-dron aşkarlama və monitorinq sistemlərinin quraşdırıldığını bildirmişdilər.

Mayın 5-də Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Andrus Merilo iddia edib ki, Rusiya 2027-ci ildə respublikaya hücum etməyi planlaşdırır.

                                                                                                                                                                Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir