Dünya

Xakerlər ABŞ HHQ-nin “Cloud One” bulud platformasını sındırıb

Xakerlər ABŞ HHQ-nin “Cloud One” bulud platformasını sındırıb

Naməlum xakerlər ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) “Cloud One” adlı flaqman bulud hesablama platformasını sındırmağa nail olublar.

Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, sındırma faktı təxminən bir ay əvvəl sistemin modernləşdirilməsi işləri zamanı aşkarlanıb. Xakerlərin kimliyi, sızmanın miqyası və oğurlanmış məlumatların həcmi naməlumdur, lakin platformada taktiki, kadr və logistika xarakterli geniş həcmdə məxfi məlumatlar yerləşirdi.

“Biz konkret şəbəkələrin və sistemlərin təhlükəsizlik səviyyəsi, boşluqları və ya işlək vəziyyəti ilə bağlı şərh vermirik. Departamentin məlumatlarını, sistemlərini və əməliyyat imkanlarını qorumaq üçün daim ağlabatan tədbirlər görürük”, – deyə ABŞ HHQ agentliyin sorğusuna cavab olaraq bildirib.

“Cloud One” 2017-ci ildə ABŞ HHQ-nin daxili rəqəmsal platforması kimi hazırlanıb. Onun funksionallığına bütün Şimali Amerika üzrə hava hücumundan müdafiə radiolokasiya stansiyalarının (RLS) məlumatlarını və digər göstəriciləri birləşdirən HHQ komandanlıq və idarəetmə sisteminin fəaliyyəti daxildir.

                                                                                                Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir