“2026-cı ilin dekabrı ilə 2027-ci ilin mayı arasında dünyanın 16 qaynar nöqtəsində ərzaq çatışmazlığının əhəmiyyətli dərəcədə kəskinləşəcəyi gözlənilir”.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) yeni hesabatında qeyd olunur.
Sənəddə bildirilir ki, həmin 16 qaynar nöqtədə kəskin ərzaq çatışmazlığı ilə bağlı vəziyyətin xeyli pisləşəcəyi ehtimal edilir. Xüsusilə beş ölkə – Sudan, Cənubi Sudan, Somali, Nigeriyanın bəzi hissələri və Yəmən – ciddi narahatlıq doğurur.
Vəziyyətin pisləşməsinə səbəb olan əsas amillər silahlı münaqişələr, əhalinin köçkün düşməsi, iqtisadi təzyiq və iqlimlə bağlı şoklar olaraq qalmaqdadır.
BMT həmçinin qeyd edib ki, aclıq qaynar nöqtələri siyahısına dörd yeni region əlavə olunub: Çad, Uqanda, Cənubi Afrika ölkələri (Esvatini, Malavi, Mozambik, Zambiya və Zimbabve) və Mərkəzi Amerika Quru Dəhlizi. Sonuncu iki regionda “El-Ninyo” iqlim hadisəsi kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi üçün əlavə risklər yaradır.
Yeganə