Cəmiyyət

ƏMTQ üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq

ƏMTQ üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə ixtisas attestatının qüvvədəolma müddəti 5 il olacaq.

Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyətini davam etdirmək istəyən şəxs özü və ya onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) attestatının qüvvədəolma müddətinin son ilində növbəti attestat almaq üçün yenidən müraciət edərək imtahanlarda iştirak edə bilər. ƏMTQ üzrə qiymətləndirici ilk imtahandan sonra 2 dəfə eyni istiqamət üzrə attestat aldıqda, sonuncu attestat ona müddətsiz veriləcək. Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu müəyyən edilmiş şəxslər ixtisas attestatının verilməsi məqsədilə keçirilən imtahanlarda iştirak edəcəklər. İmtahanlarda iştirak ödənişlidir. İştiraka görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir