ABŞ Dövlət Departamenti Ukraynaya F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün avadanlıq və xidmətlərin potensial satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, departamentin veb-saytında yerləşdirilən məlumata görə, sövdələşmənin təxmini ümumi dəyəri 621,9 milyon ABŞ dolları təşkil edir.
Açıqlamada qeyd olunur ki, F-16-lar üçün nəzərdə tutulan avadanlıqların xərcləri Belçika, Danimarka, Niderland və Norveç tərəfindən maliyyələşdirilən çoxmillətli “JUMPSTART” proqramı hesabına ödəniləcək. Bu prosesdə ABŞ hökumətinin vəsaitlərindən istifadə olunmayacaq.
Dövlət Departamentinə əsasən, bu razılaşma ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək. Dövlət Departamenti həmçinin bildirib ki, sözügedən razılaşmaların icrası Ukraynaya əlavə hökumət nümayəndələrinin və ya podratçıların göndərilməsini tələb etməyəcək.
Daha əvvəl NATO-nun Baş katibi Mark Rutte etiraf edib ki, alyansın Kiyev rejimi üçün silah almağa vəsaiti çatmır. Ruttenin qeyd etdiyi kimi, hərbi blok hələ də Kiyevə 70 milyard dollar dəyərində silah tədarük etməklə bağlı 2026-cı il üçün qarşıya qoyduğu hədəfə nail olmayıb.
Yeganə