Cəmiyyət

Bağça müəllimlərinin sertifikasiya imtahanının vaxtı dəyişdi

Bağça müəllimlərinin sertifikasiya imtahanının vaxtı dəyişdi

Bağçalarda çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanı 2026-cı il dekabrın 19–20-də keçiriləcək.

Elchi.az xəbər verir ki, imtahanın tarixi təşkilati və texniki hazırlıq işlərinin vaxtında tamamlanması üçün dəyişdirilib.

İmtahanın keçiriləcəyi tarix və digər məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək. Namizədlərin imtahana hazırlığını dəstəkləmək üçün yaxın günlərdə əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını qiymətləndirmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və peşəkar inkişafını dəstəkləmək məqsədilə keçirilir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir